az | rus | eng | tr

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Haqqımızda

“Asnaf Sənaye Şirkəti” Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biri kimi fəaliyyətə 1986-cı ilin oktyabr ayından başlamışdır. Şirkətin ilk məhsulu keçmiş Sovet İttifaqının nəhəng sənaye mərkəzlərindən biri sayılan Tolyatti şəhərindəki Voljsk avtomobil zavodu üçün rezin-texniki hissələr olmuşdur. Üçnövbəli rejimdə 400 nəfərə yaxın insanın çalışdığı istehsalatdan keçmiş SSRİ-nin onlarla müxtəlif şəhərinə fasiləsiz olaraq “Jiquli” avtomaşınları üçün rezin-texniki ehtiyyat hissələri göndərilirdi.

SSRİ-nin dağılması ilə “Asnaf” şirkəti istehsalatla bağlı müxtəlif respublikalardakı müəssisələrlə əlaqələrin kəsilməsi məcburiyyətində qalaraq istehsalın yönümünü dəyişdirir. Bunun üçün Avropanın bir neçə qabaqcıl şirkətləri ilə birbaşa müqavilələr bağlanır və Respublikamıza o vaxtlar ilk dəfə olaraq qabaqcıl texnologiyalarla hazırlanmış xammal, ehtiyat hissələri və avadanlıqlar gətirilir. Geniş çeşiddə, əsasən, məişət əhəmiyyətli məhsullar – qapı-pəncərə, qaraj və s.üçün alümin qoruyucu rolletlər(Alutech-Belorusiya), jalüzi(“Eclipse OPM”-İsveç-Şotlandiya), uçan həşəratlara qarşı qapı-pəncərə torları(Hunter Douglas-Niderland) və s. istehsalına başlanır.

Qısa müddət ərzində yüzlərlə binalarda, evlərdə, otellərdə, ofislərdə və s. Asnaf şirkətinin istehsal etdiyi məhsullar quraşdırılıb təhvil verilir. Şirkətimizin sifarişçiləri sırasında xarici kompaniyalar, dövlət strukturları və eləcə də, minlərlə adi vətəndaşları nümunə göstərə bilərik. Həmin sifarişçilər əvvəlkindən fərqli olaraq müasir texnologiya ilə hazırlanmış müxtəlif çeşidli məhsulları artıq uzaq Avropa və Asiya ölkələrindən deyil, yaşayıb işlədikləri ölkədə daha ucuz və daha tez bir zamanda əldə etmək imkanı qazandılar. 2000-ci ilin mart ayından başlayaraq Türkiyənin R-Alkon şirkəti ilə əməkdaşlığa başlayaraq Azərbaycanda Asnaf-Alkon birgə müəssisəsi yaradılır. 30 ilə yaxın istehsal təcrübəsi olan R-Alkon şirkəti müasir binaların fasadlarının izosistemli alümin –şüşə və Alkapon(alümin kompozit lövhə) ilə tərtibatı sahəsindəki çoxillik təcrübəsini Asnaf şirkəti ilə bölüşərək Azərbaycanda, eləcə də, onun hüdudlarından uzaqlarda – Qazaxstanda, Türknənistanda, Rusiyada qısa müddət ərzində bir sıra böyük həcmli işlər görür. Paytaxtın ən mərkəz yerlərində ucaldılmış istər köhnə, itsərsə də, yeni binalarının fasadlarını Asnaf şirkətinin istehsal etdiyi məhsullar bəzəyir. Bu isə, yüz min kvadratlarla qapı-pəncərə, fasad işləri deməkdir. Son illər Azərbaycanda gedən geniş miqyaslı inşaat işlərindən kənarda qalmayaraq Asnaf sirkəti öz istehsal potensialından səmərəli istifadə etmək məqsədilə 2003-cü ildən Mülki Tikinti sahəsində də fəaliyyətə başlamışdır.



Xəbərlərin arxivi

Copyright © 2013 Asnaf Company